BMT-nin Təhlükəsizlik Şurası hərbi münaqişələri işıqlandıran jurnalistlərin həyatına sui-qəsdi pisləyən qətnamə layihəsini bu gün nəzərdən keçirəcək.
Sənəd kütləvi informasiya xidmətləri işçilərinin peşəkar müstəqilliyinə hörmət etməyə çağırıb. BMT TŞ nümayəndələri qətnamənin son variantını bir gün əvvəl axşam hazırlayıblar. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.
Onların sözlərinə görə, qətnamənin yekdilliklə təsdiq olunacağı ehtimal olunur. Bu sənəd BMT TŞ-nin silahlı münaqişə bölgələrində işləyən jurnalistlərə dair hazırladıqları ilk qətnamə olacaq. Bu barədə (C) Associated Press məlumat verir.