...

Yaponiya milli bayramını -imperatorun ad gününü qeyd edir

Dünya xəbərləri Materials 23 Dekabr 2006 14:00 (UTC +04:00)

Bu gün on minlərlə adam Yaponiya imperatoru Akixitonu 73 yaşı münasibətilə təbrik etmək üçün Tokionun mərkəzində adətən publika üçün qapalı olan saray kompleksinə axışıb. Dünyada qorunmuş monarx sülalələri içində ən qocası olan 125-ci imperator üç dəfə imperatriça Mitiko və iki oğlu və onların arvadlarının müşayiəti ilə sarayın gülləkeçirməyən şüşə eyvanına çıxıb. Bu gün ənənəyə görə imperator üç hakimiyyət budağının nümayəndələrindən (baş nazir, milli parlamentin aşağı və yuxarı palataları və ali məhkəmənin baş hakimi) təbriklər qəbul edəcək. Bu barədə İTAR-TASS-a istinadən Trend xəbər verir.

Axşam imperator sarayında Akixitonun şərəfinə hökümət rəhbərlərinin, görkəmli ictimai-siyasi xadimlərin iştirakı ilə ziyafət veriləcək. Bir az sonra isə bura bayram münasibətilə çay mərasiminqdə iştirak etmək üçün xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri gələcək.

Xəbər lenti

Xəbər lenti