Rusiya Türkmənistanın Rusiya ilə bağlanmış bütün razılaşmaları yerinə yetirəcəyinə ümid edir. Bu barədə bu gün Rusiya baş naziri Mixail Fradkov Türkmənistanın yeni prezidenti Qurbanqulu Berdımuxammədovla danışıqlarda bildirib.
M.Fradkov deyib: "Biz həm Rusiyanın, həm Türkmənistanın öhdələrinə götürdükləri bütün vəzifələri yerinə yetirəcəyinə ümid edirik".
Trend bildirir ki, öz növbəsində Q.Berdımuxammədov qeyd edib: "Düşünürəm ki, bizim münsibətlər bütün sahələrdə, o cümlədən enegetika, neft-qaz və humanitar sahələrdə daha da möhkəmlənəcək".