...

İran XİN rəhbəri:Böyük Britaniya vətəndaşı mümkün olduğu qədər tez azad olunacaq

Dünya xəbərləri Materials 29 Mart 2007 10:40 (UTC +04:00)

14 ingilis dənizçisi ilə birlikdə saxlanılmış Böyük Britaniya vətəndaşı Fey Terney mümkün olduğu qədər tez azad olunacaq. Associated Press-ə istinadən RBK məlumat verib ki, bu bəyanatı İranın xarici işlər naziri Manuçöhr Möttəki verib.

Bununla yanaşı o, əlavə edib ki, qadının bu gün və ya sabah azad ediləcəyi barədə məlumatlar həqiqətə uyğun deyil və ola bilsin ki, onun bəyanatı düzgün qəbul edilməyib.

Bu yaxınlarda M.Möttəki bəyan edib ki, "bu gün və ya sabah ledi azad olunacaq".

İngilis dənizçilərinin saxlanılması insidenti 23 mart 2007-ci il tarixində Fars körfəzinin şimal hissəsində, İraq və İranın sərhəd suları ərazisində baş verib.8 matros və 7 dəniz piyadaçısı bir neçə İran hərbi katerinin yaxınlaşdığına görə bir neçə qaçaqmal avtomobillərini daşımaqda şübhəli görünən ticarət gəmisinin göyərtəsində yükün yoxlanışını aparıb. Böyük Britaniya dənizçiləri və iki kater saxlanılmışdır. Tehran bildirir ki, ingilislər İranın dövlət sərhəddini pozub. Lakin İngiltərə bəyan edib ki, onların dənizçiləri İraqın ərazi sularında yerləşib və İrandan saxlanılanların dərhal azad edilməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti