...

Ukrayna hökuməti prezidentin parlamentin buraxılması ilə bağlı fərmanını yerinə yetirməkdən imtina edib

Dünya xəbərləri Materials 3 Aprel 2007 10:51 (UTC +04:00)

Ukrayna hökuməti prezidentin ölkə parlamentinin buraxması ilə bağlı fərmanını yerinə yetirməkdən imtina edib. Müvafiq qərara bu gün prezidentin kvotasına əsasən təyin olunmuş müdafiə və xarici işlər naziri Anatoli Qritsenko və Arseni Yatsenyukdan başqa Nazirlər Kabinetinin bütün üzvləri səs verib.

Nazirlər Kabineti öz işində prezidentin fərmanını və parlamentin qanuna uyğun qəbul olunmuş qərarlarını əsas tutmasını təsdiq edib. Lakin aprelin 2-də parlamentin qərarında göstərilir ki, prezidentin vaxtından əvvəl Ali Radanın səlahiyyətələrinin bitməsi ilə bağlı fərmanı qanunvericiliyin pozulması ilə nəşr olunub. Bu barədə RBK məlumat verib.

Aprelin 2-də qəbul olunmuş hökumətin qərarında yerli hakimiyyət orqanlarına yerli sosial-iqtisadi problemlərin həllinə diqqət yetirmək tapşırılıb. DİN Dövlət Mühafizə Xidməti ilə birgə nizam-intizamı və vacib və texnogen təhlükəli obyektlərin mühafizəsini təmin etməlidir. Hökumət həmçinin parlamentin qərarını yerinə yetirərək növbədənkənar seçkiləri maliyyələşdirməyi qadağan edib.

Bu sənədə səsvermədən sonra baş nazir Viktor Yanukoviç hökumətə vəziyyəti mətbuatsız müzakirə etmək üçün bir neçə dəqiqə yubanmağı təklif edib. Eyni təşəbbüs ilə həmçinin A.Yatsenyuk da çıxış edib.

Xəbər lenti

Xəbər lenti