...

Gürcüstan ilk dəfə olaraq dövlət büdcəsinin üzünmüddətli proqnozlaşdırılmasına keçir-baş nazir

Dünya xəbərləri Materials 7 Aprel 2007 15:19 (UTC +04:00)

Gürcüstan, Tiflis /müxbir. Trend N.Kirüxalia/ Gürcüstan ilk dəfə olaraq dövlət büdcəsinin üzünmüddətli proqnozlaşdırılmasına keçir. Bu barədə bu gün Gürcüstanın baş naziri Zurab Noqaideli hökumətin iclasında bildirib.

"Biz artıq büdcədə daimi gəlirləri təmin edə bildik və vergi rüsumlarını da təmin edə bilərik. Bu da hökumətə üzünmüddətli proqnozlar etməyə imkan verəcək. Bu, bizim hökumətimizin sabit, davamlı, möhkəm işinin daha bir göstəricisidir" - Noqaideli qeyd edib.

Gürcüstan hökuməti ölkənin dövlət büdcəsinin parametrlərini artırmaq niyyətindədir. Dövlət büdcəsinin gəlirləri bu il 500 milyon lari, xərcləri isə 281 milyon lariyədək artacaq.

Trend in Tiflisdəki xüsusi müxbirinin verdiyi məlumata görə, 2007-ci ildə dövlət büdcəsinin yeni parametrlərinin hissələri bu gün hökumətin xüsusi iclasında müzakirə ediləcək.

Baş nazir Naqaideli hələlik əlavə vasitələrin yönələcəyi prioritetləri qeyd etməyib.

Maliyyə naziri isə deyib ki, büdcənin 200 milyon lari artırılması qıtlığın azalmasına gətirib çıxaracaq.

Xəbər lenti

Xəbər lenti