...

İran prezidenti: "Tehran İraqdakı vəziyyətlə bağlı Vaşinqtonla danışıqları davam etdirməyə hazırdır"

Dünya xəbərləri Materials 10 İyul 2007 13:13 (UTC +04:00)
İran prezidenti: "Tehran İraqdakı vəziyyətlə bağlı Vaşinqtonla danışıqları davam etdirməyə hazırdır"

"Tehran İraqdakı vəziyyətlə bağlı Vaşinqtonla danışıqları davam etdirməyə hazırdır"- deyə İran prezidenti Mahmud Əhmədinejad bəyan edib. "Biz İraqda birliyin, sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə istənilən yardımı göstərməyə hazırıq" - deyə o bildirib. "Biz ABŞ və İraqın danışıqların birinci mərhələsinin keçirilməsi təklifindən imtina etmədik və hazırda mövqeyimiz dəyişməz olaraq qalır"- deyə pezident bildirib. RBK-nın məlumatında belə deyilir. ABŞ və İran arasında İraqdakı vəziyyətlə bağlı danışıqların birinci mərhələsi 2007-ci il mayın 28-də Bağdadda baş tutub. Associated Press-in verdiyi məlumata görə, həmin vaxt Amerika və İran səfirləri arasında da görüş keçirilib.

Xəbər lenti

Xəbər lenti