...

"28 Cinema"da "Ay Brilliant" filminin mətbuat konfransı keçirilib (FOTO)

Mədəniyyət Materials 9 Fevral 2015 12:12 (UTC +04:00)
Rekordlar qıracaq yeni Azərbaycan istehsalı olan film - “Ay Brilliant”ın mətbuat konfransı keçirilib.
"28 Cinema"da "Ay Brilliant" filminin mətbuat konfransı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Rekordlar qıracaq yeni Azərbaycan istehsalı olan film - "Ay Brilliant"ın mətbuat konfransı keçirilib.

"Ay Brilliant" filminin çəkiliş heyəti ölkənin premium kinoteatrı "28 Cinema"da media nümayəndələri ilə görüş keçiriblər.

Konfrans zamanı filmin baş prodüsseri İlkin Həsəni, filmin rejissoru Kənan M. M və aktyor heyəti jurnalistlərə film haqqında ətraflı məlumat veriblər və suallarını cavablandırıblar.

Qeyd edək ki, "Ay Brilliant" "İlk Media" və "Azad Azərbaycan" (ATV) televiziya kanalının birgə layihəsidir. Film "Bozbash Pictures"-ın yaradıcıları tərəfindən hazırlanıb və komediya janrında çəkilib. Filmdə İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşaliyev, əməkdar artist Şamil Süleymanov, Pervin Abıyeva, Şəhanə Yusifova kimi məhşur aktyorlar rol alıb.

Film haqqında məlumatı filmin rəsmi instagram və facebook sosial şəbəkələrindən və saytından da əldə etmək olar.

https://www.facebook.com/aybrilliant

http://instagram.com/aybrilliant

www.aybrilliantfilm.com

http://youtu.be/oCuDCnSBIiU

#AyBrilliant

Məqalədə:
Xəbər lenti

Xəbər lenti