...

Azərbaycan Gənclər Fondunun fəaliyyəti beynəlxalq forumda təqdim olunub

Cəmiyyət Materials 15 Oktyabr 2012 16:06 (UTC +04:00)
Azərbaycan Gənclər Fondunun fəaliyyəti Türkiyənin İstanbul şəhərində "Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu" mövzusunda beynəlxalq forumda təqdim olunub.
Azərbaycan Gənclər Fondunun fəaliyyəti beynəlxalq forumda təqdim olunub

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Gənclər Fondunun fəaliyyəti Türkiyənin İstanbul şəhərində "Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu" mövzusunda beynəlxalq forumda təqdim olunub.

Fonddan bazar ertəsi Trend-ə bildirilib ki, forumda qurumun fəaliyyəti barədə Fondun icraçı direktoru Fərhad Hacıyev məlumat verib. Hacıyev forum iştirakçılarına Gənclər Fondunun fəaliyyəti, Fonda müraciət qaydaları və prosedurları barədə danışıb.

TürkPA Beynəlxalq Katibliyi tərəfindən İstanbulda "Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu" mövzusunda beynəlxalq forumun keçirilməsində məqsəd dialoqun yaradılması məqsədilə müxtəlif ölkələrdən olan gənc liderləri bir araya toplamaq, fərqli mədəniyyət, dil və ənənələrə sahib olan region ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni, coğrafi dəyərləri irəliyə aparmaq və bu məqsədlə gənclərin rolunu ortaya qoymaqdır.

Forumun keçirilməsinə Türkiyə Böyük Millət Məclisi, Türkiyə höküməti adına Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Gənclər Fondu, Türk Dünyası Bələdiyyələr Birliyi və Xəzər Strateji İnstitutu dəstək verir.

Forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Avropa parlamentinin millət vəkilləri, Rusiya, Moldova, Gürcüstan, Ukrayna, Serbiya, Monteneqro, Makedoniya, Latviya, Litva, Xorvatiya, Macarıstan, Rumıniya, Bosniya və Herseqovina, Misir, Pakistan, İraq və Mərakeş daxil olmaqla 25 ölkədən millət vəkilləri, diplomatlar, məmurlar, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti