...

Bolqarıstan deputatı: "İlk Avropa Oyunları Azərbaycanın dünyada təbliği üçün gözəl imkandır"

Baku 2015 : EUROGAMES Materials 9 May 2015 12:33 (UTC +04:00)
“İlk Avropa Oyunları Azərbaycanın dünyada təbliği və iqtisadi inkişafı üçün gözəl bir imkandır”.
Bolqarıstan deputatı: "İlk Avropa Oyunları Azərbaycanın dünyada təbliği üçün gözəl imkandır"

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir Elçin Mehdiyev/

"İlk Avropa Oyunları Azərbaycanın dünyada təbliği və iqtisadi inkişafı üçün gözəl bir imkandır". Bu barədə Trend-ə Bolqarıstan parlamentinin deputatı Pavel Hristov deyib.

P.Hristov bildirib ki, böyük idman yarışlarına ev sahibliyi edən ölkələr eyni zamanda çoxlu sayda turistləri qəbul edir, dünya ictimaiyyətinin diqqəti həmin ölkəyə yönəlir: "İlk Avropa Oyunları da miqyasına görə böyük tədbirdir və bu yarışma zamanı Azərbaycana on minlərlə insan gələcək, Azərbaycan dünya televiziyalarının və mətbuatının gündəmində olacaq. Təbii ki, bu, Azərbaycanın dünyada böyük miqyasda təbliği, beynəlxalq nüfuzunun artması deməkdir".

O, hesab edir ki, belə yarışlar siyasi dividendlərlə yanaşı, iqtisadi dividendlər də gətirir: "Təbii ki, Azərbaycanın dünyada bu cür geniş təbliği ölkə iqtisadiyyatına da böyük fayda verəcək, Azərbaycana gəlmək istəyən turistlərin sayı xeyli artacaq ki, bu da ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq".

Bolqarıstanlı deputat həmçinin bildirib ki, idman həmişə xalqları birləşdirir, sülhün və həmrəyliyin bərqərar olmasına böyük töhfə verir: "Bu baxımdan Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə dünyada sülhün bərqərar olmasına da mühüm töhfə verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti