...

Azərbaycana gələn turistlər üçün daha bir gözəl məkan (FOTO)

Baku 2015 : EUROGAMES Materials 12 May 2015 10:32 (UTC +04:00)
Qürurverici haldır ki, Azərbaycan Xalça Muzeyi eksponatları ilə seçilən dünyada nadir xalça muzeylərindəndir.
Azərbaycana gələn turistlər üçün daha bir gözəl məkan (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend /

Qürurverici haldır ki, Azərbaycan Xalça Muzeyi eksponatları ilə seçilən dünyada nadir xalça muzeylərindəndir.

Muzeyin əsası 1967-ci ildə qoyulub. Orijinal üslubda inşa olunan Xalça Muzeyinin binası bükülmüş xalçanı xatırladır.

Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalçalar, xalça və metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir eksponatlarla zəngin kolleksiya mühafizə olunur.

Bu məkan İlk Avropa Oyunları iştirakçılarına və şəhərimizə gələn qonaqlara təkrarolunmaz təəssürat və qədim tarixə səyahət vəd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti