...

NATO-nun Mənzil Qərargahında I Avropa Oyunlarına həsr olunan sərgi keçirilib

Baku 2015 : EUROGAMES Materials 1 İyun 2015 13:56 (UTC +04:00)
NATO-nun Mənzil Qərargahında I Avropa Oyunlarına həsr olunmuş foto sərgi keçirilib.
NATO-nun Mənzil Qərargahında I Avropa Oyunlarına həsr olunan sərgi keçirilib

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlkin İzzət/

NATO-nun Mənzil Qərargahında I Avropa Oyunlarına həsr olunmuş foto sərgi keçirilib. Azərbaycanın NATO yanında Nümayəndəliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Brüssel ofisinin tərəfindən NATO-nun Mənzil Qərargahında Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 21 illiyinə və I Avropa Oyunlarının təqdimatına həsr olunmuş "Azərbaycan və Avropa: idmanda rəqib, sülh naminə tərəfdaş" mövzusunda foto sərgi keçirilib.

Аzərbaycanın NATO yanında Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, sərgidə Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektlərini, o cümlədən siyasi dialoq, əməliyyatlara töhfə, mülki fövqəladə planlama, ictimai diplomatiya və müdafiə sahəsində əməkdaşlığı əks etdirən fotolarla yanaşı, Azərbaycan Avropa Cəmiyyəti (TEAS) tərəfindən I Avropa Oyunları ilə bağlı keçirilmiş foto müsabiqədə seçilmiş fotolar nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan Avropa Cəmiyyəti (TEAS) tərəfindən I Avropa Oyunlarının təbliğatı məqsədi ilə təşkil olunmuş foto müsabiqədə 10 ölkədən 50 fotoqraf 300-dən artıq foto ilə iştirak edib. Müsabiqədə seçilmiş 65 ən yaxşı foto Avropanın müxtəlif ölkələrində nüfuzlu qalereyalarda nümayiş olunub.

Sərgidə həmçinin I Avropa Oyunları ilə bağlı videoçarx göstərilib və çap materialları paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti