...

Britaniyalı taekvandoçunun bu il üçün məqsədi Avropa Oyunlarında qalib gəlməkdir

Baku 2015 : EUROGAMES Materials 6 İyun 2015 10:44 (UTC +04:00)
Britaniyalı taekvandoçu Ryubin Riçards I Avropa Oyunlarında ən yaxşı nəticə göstərməyə çalışır.
Britaniyalı taekvandoçunun bu il üçün məqsədi Avropa Oyunlarında qalib gəlməkdir

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Aygün Bədəlova/

Britaniyalı taekvandoçu Ryubin Riçards I Avropa Oyunlarında ən yaxşı nəticə göstərməyə çalışır. Bu Oyunlar onun üçün ilk iri multi-idman yarışı olacaq. Trend-in Böyük Britaniyanın "Nottingham Post" nəşrinə istinadən verdiyi məlumata əssən, R. Riçards ölkəsinin Avropa Oyunlarında taekvando üzrə komandasının 7 idmançısından biridir.

Taekvandoçu bildirib: "Oyunlar mənim üçün ilk multi-idman yarışı olacaq və məqsədimə çatmaq üçün bu şansdan istifadə etmək istəyirəm. Bundan başqa mənim üçün bir çox yenilik olacaq".

İdmançı qeyd edib ki, 2015-ci ildə məqsədi Avropa Oyunlarında qalib gəlməkdir: "İnanıram ki, bunu edə biləcəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti