Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Aygün Bədəlova/
Dünyaca məhşur Gettyimages saytında Böyük Britaniyalı fotomüxbir Richard Heathcotenin Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı Bakıda etdiyi fotosessiya yerləşdirilib.
Fotosessiyada Milli Gimnasitika Arenası, Şirvanşahlar Sarayı, Azneft Meydanındakı geriyə sayım saatı, İçərişəhərin görüntüləri, eləcə də Oyunların atributları ilə bəzədilmiş paytaxtın görüntüləri yer alır.
Qeyd edək ki, Gettyimages saytı dünyanın məhşur fotoqraflarını bir araya gətirən internet resursdur.
Richard Heathcote isə Böyük Britaniyanın məhşur televiziyaları, eləcə də sənədli filmləri üçün şəkillər çəkən peşəkar foto müxbirdir.