...

"ASAN xidmət"dən Avropa Oyunlarına veloyarış dəstəyi

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İlkin İzzət/

"ASAN xidmət" Avropa Oyunlarına dəstək aksiyası keçirəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Trend-ə verilən məlumata görə, Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək idmançılarımıza dəstək məqsədilə "ASAN xidmət" könüllüləri maraqlı aksiyaya əl atıblar - onlar iyunun 9-da velosiped yarışında mübarizə aparacaqlar.

Veloparkda keçiriləcək yarışda Bakı və Sumqayıt şəhərlərinin "ASAN xidmət" mərkəzlərinin 40 könüllüsü iştirak edəcək. Tərkibində 2 oğlan və 2 qız velosipedçi olacaq komandalar estafet sistemi üzrə yarışacaqlar.

Yarış saat 11:00-da başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti