...

Fontana və Şurter qarşılaşması Bakıda davam edəcək

Baku 2015 : EUROGAMES Materials 9 İyun 2015 16:26 (UTC +04:00)
İtalyan və isveçrəli dağ velosipedçiləri 1-ci Avropa Oyunlarında yarışacaqlar.
Fontana və Şurter qarşılaşması Bakıda davam edəcək

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir Elçin Mehdiyev/

İtalyan və isveçrəli dağ velosipedçiləri 1-ci Avropa Oyunlarında yarışacaqlar.

Trend Bakı-2015 Avropa Oyunlarının saytına istinadən xəbər verir ki, Dağ Velosipedi Parkında gərgin yarışların keçəcəyi gözlənilir. İtaliyalı Marko Aurelio Fontana Bakı-2015-də dağ velosipedi yarışında Nino Şurteri məğlub edəcəyinə inanır. Bu idmançılar indiyədək bir neçə yarışda qarşılaşıblar.

Pekin-2008 Olimpiya Oyunlarında N.Şurter gümüş medala sahib olub, M.Fontana isə finişə beşinci çatıb. Dörd il sonra italiyalı idmançı Londonda isveçrəlini məğlub etməyə daha yaxın olub. Final mərhələsində M.Fontananın velosipedinin oturacağı qırıldığından, o, finişə 25 saniyə gecikmə ilə üçüncü çatıb. Beləliklə, o, bürünc, N.Şurter isə gümüş medal qazanıb.

M.Fontana əmindir ki, iyunun 13-də Dağ Velosipedi Parkında keçiriləcək yarışda N.Şurter ilə mübarizədən qalib çıxacaq: "Şurter Bakıda məğlub edəcəyim yeganə kişidir, lakin bir çox idmançılar podium finişinə çıxacaqlar. İsveçrə ilə mübarizə aparmaq vacibdir və bu, əsas qrupla həyata keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti