...

"I Avropa Oyunları ilə bağlı əlverişli nəqliyyat sistemi yaradılıb"

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 16:57 (UTC +04:00)
Bakı-2015 birinci Avropa Oyunları ilə bağlı Bakıda idmançıların tıxaclarda qalmaması üçün əlverişli nəqliyyat sistemi yaradılıb.
"I Avropa Oyunları ilə bağlı əlverişli nəqliyyat sistemi yaradılıb"

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İlkin İzzət/

"Bakı-2015 birinci Avropa Oyunları ilə bağlı Bakıda idmançıların tıxaclarda qalmaması üçün əlverişli nəqliyyat sistemi yaradılıb. İkincisi, mümkün qədər əhalini narahat etməmək üçün sistem yaradılıb. Çalışmışıq ki, yerli əhali üçün də şərait yaradaq ki, onlar əziyyət çəkməsinlər".

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün I Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan Avropa Oyunlarından sonra irs qoymaq və yeni avtobus parkının yaradılması üçün 200-dən çox yeni kondisionerli avtobus alıb: "İdmançılar üçün ayrıca avtobuslar, həmçinin 440 yeni London taksisi alınıb. Onlar idman arenaları və Atletlər kəndi arasında hərəkət edirlər. Yerli avtomobil şirkətlərinin xidmətindən də istifadə olunur".

A.Rəhimov deyib ki, Avropa Oyunlarında nəqliyyat sistemində yeni TX abreviaturasından istfadə olunur: "Bütün TX sistemi birləşdirilib. Bu o deməkdir ki, daha çox avtomobil icarəyə götürmək olur, müxtəlif qrupları nəqliyyatla təmin etmək olur. Biz bütün şəhər nəqliyyat növlərindən istifadə edirik. Elektrik qatarı işə salınıb. Metropoliten gücləndirilmiş rejimdə çalışır. Bundan başqa, dəniz yolu ilə də idman obyektlərinə getmək mümkün olacaq. Bundan əlavə, yüksək təhlükəsizlik tədbirləri görülüb".

Qeyd edək ki, mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti