...

Pan Gi Mun Bakı-2015 ilk Avropa Oyunlarının keçirilməsini alqışlayır

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 00:37 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun Bakı-2015 ilk Avropa Oyunlarının keçirilməsini alqışlayıb
Pan Gi Mun Bakı-2015 ilk Avropa Oyunlarının keçirilməsini alqışlayır

Azərbaycan, Bakı, 12 iyun /Trend/

BMT-nin baş katibi Pan Gi Mun Bakı-2015 ilk Avropa Oyunlarının keçirilməsini alqışlayıb və Azərbaycan xalqı və hökumətini bu böyük tədbirin uğurlu təşkili ilə əlaqədar təbrik edib.

Trend -in məlumatına görə, bu barədə BMT-nin mətbuat katibi Stefan Dujarrik Nyu-Yorkda keçirilən brifinqdə bildirib.

BMT-ın baş katibi əmin olduğunu bildirib ki, ilk Avropa Oyunlarının keçirilməsi beynəlxalq və regional əməkdaşlığın irəliləyişinə kömək edəcək.

Qeyd edək ki, iyunun 12-də Bakıda ilk Avropa Oyunları start götürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti