...

Türkmənistan Prezidenti I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıdadır (ƏLAVƏ OLUNUB) (FOTO)

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 11:36 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcək.
Türkmənistan Prezidenti I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıdadır (ƏLAVƏ OLUNUB) (FOTO)

İlk xəbər 10:20-də yayılıb

Türkmənistan, Aşqabad, 12 iyun /Trend, müxbir Aygün Bədəlova/

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcək. Trend bu barədə Türkmənistan hökumətinin məlumatına istinadən xəbər verir.

Türkmənistan Prezidentinin səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər planlaşdırılıb. Görüşlərdə idman sahəsi də daxil olmaqla, bir sıra əsas istiqamətlər üzrə qarşılıqlı əlaqələr müzakirə olunacaq.

Məlumatda həmçinin qeyd edilib ki, bu gün idman qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar və perspektivlər təklif edir: "İdman müxtəlif mədəniyyət və regionların yaxınlaşmasında aparıcı rol oynamaqla ümumi xoşbəxt gələcək üçün sülhün bərqərar olmasına və konstruktiv dialoqa xidmət edir".

XXX

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti