Azərbaycan, Bakı, 17 iyun /Trend/
Azərbaycanlı güləşçi erməni rəqibini məğlub edərək yarımfinala çıxıb.
Trend xəbər verir ki, ölkəmizi 57 kq çəki dərəcəsində təmsil edən güləşçimiz Yaşar Əliyev 1/4 finalda Ermənistan güləşçisi Qarik Barseqyanla üz-üzə gəlib.
Heydər Əliyev adına İdman Sarayında tamaşıçaların möhtəşəm dəstəyi altında pəhləvanımız düşmən ölkə idmançısına 10:6 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.