...

İtalyan atlet: Avropa Oyunlarında qələbə olimpiadaya lisenziya qazanmağa kömək edəcək

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 22:43 (UTC +04:00)
"I Avropa Oyunlarında qələbə çimərlik voleybolu üzrə İtaliya komandasına medal qazandırmağa imkan yaradacaq ki, bu da Rio-de-Janeyro olimpiadasına lisenziya qazanmağa kömək edəcək".
İtalyan atlet: Avropa Oyunlarında qələbə olimpiadaya lisenziya qazanmağa kömək edəcək

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

"I Avropa Oyunlarında qələbə çimərlik voleybolu üzrə İtaliya komandasına medal qazandırmağa imkan yaradacaq ki, bu da Rio-de-Janeyro olimpiadasına lisenziya qazanmağa kömək edəcək". Bunu Trend-ə İtaliya komandasının üzvü Aleks Ranyeri deyib.

İtaliyanın bu gün çıxış etdiyi B qrupuna Azərbaycan, Norveç və Litva milliləri daxil idi.

Onun sözlərinə görə, ən çətin oyun Azərbaycan komandası ilə olub: "Buna baxmayaraq, qalib gələrək növbəti mərhələyə çıxdıq".

İtalyan idmançı I Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini deyib: "Hər şey, xüsusilə də Atletlər kəndi çox yaxşıdır. Sanki Olimpiya Oyunlarında iştirak edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti