...

Azarkeş: "Gimnastlarımızın yüksək yerlər tutması bu idman növünün inkişafını göstərir"

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 12:06 (UTC +04:00)
"Burada gözəl ab-hava var. Gəlib yarışları izləmək və gimnastlarımızın qələbəsini görmək bizi çox sevindirir".
Azarkeş: "Gimnastlarımızın yüksək yerlər tutması bu idman növünün inkişafını göstərir"

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Burada gözəl ab-hava var. Gəlib yarışları izləmək və gimnastlarımızın qələbəsini görmək bizi çox sevindirir". Bunu Trend-ə birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında keçirilən yarışları izləməyə gəlmiş gimnastika həvəskarı Rəşad Kərimov deyib.

R.Kərimov qeyd edib ki, gimnastlarımızın Avropa dövlətlərindən güclü gimnastlar içərisində yüksək yerlər tutması gimnastikanın inkişafı istiqamətində görülən işlərin nəticəsidir: "Milli Gimnastika Arenası da çox gözəldir. Bura gəlməzdən əvvəl bu arenanın belə gözəl olduğunu bilmirdim".

O, yaradılan şəraitə görə dövlət başçısına və xanımına təşəkkürünü bildirib: "Çox sağ olsun dövlət başçımız İlham Əliyev və xanımı Mehriban Əliyeva ki, bu cür şərait yaradıblar və biz uşaqlarımızı buraya gətirib sevindirə bilirik. Biz özümüz uşaq vaxtı belə şeylər görməmişik, amma indi bizim uşaqlarımız görür. Həm də uşaqlarımız belə yarışlara tamaşa edəndə idmana həvəslənir".

R.Kərimov vurğulayıb ki, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi çox sevindirici haldır: "Biz çox sevinirik ki, ölkəmizdə belə böyük yarışma keçirilir. Bu, həm idmanın inkişafı, həm də ölkəmizin dünyada daha yaxşı tanınması üçün çox mühümdür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti