...

Saymon Kleq: Avropa Oyunlarının son günü yarışları 26 min tamaşaçı izləyəcək

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 14:19 (UTC +04:00)
I Avropa Oyunlarının son günü yarışları 26 min tamaşaçı izləyəcək.
Saymon Kleq: Avropa Oyunlarının son günü yarışları 26 min tamaşaçı izləyəcək

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Aygün Bədəlova/

I Avropa Oyunlarının son günü yarışları 26 min tamaşaçı izləyəcək. Trend-in məlumata əsasən, bu barədə jurnalistlərə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.

O bildirib ki, Oyunlarda tamaşaçıların davamiyyəti yüksək olaraq qalır: "Ötən gün yarışlarda 23010 tamaşaçı iştirak edib. Bu, orta hesabla 75 faiz təşkil edir".

S.Kleqin sözlərinə görə, bugünkü yarışları 29 min tamaşaçının izləyəcəyi gözlənilir.

O, həmçinin qeyd edib ki, Bakı Olimpiya Stadionu iyunun 28-də keçiriləcək I Avropa Oyunlarının bağlanış mərasiminə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti