...

"Mən səni sevirəm, Bakı" – Jerar Depardye

Mədəniyyət Materials 14 Dekabr 2010 15:47 (UTC +04:00)
Dünya şöhrətli fransız aktyoru Jerar Depardye "Mən səni sevirəm, Nyu-York", "Mən səni sevirəm, Paris" filmlərinin də daxil olduğu dünya kino silsiləsini Bakıda davam etdirmək imkanını istisna etməyib.
"Mən səni sevirəm, Bakı" – Jerar Depardye

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir E.Hüseynzadə/

Dünya şöhrətli fransız aktyoru Jerar Depardye "Mən səni sevirəm, Nyu-York", "Mən səni sevirəm, Paris" filmlərinin də daxil olduğu dünya kino silsiləsini Bakıda davam etdirmək imkanını istisna etməyib.

"Mən bir sıra gənc rejissorların bir neçə layihə təqdim etməsinə və bizim onlardan ən uğurlusunu seçərək film çəkməyimizə şad olardım", - çərşənbə axşamı Dövlət Film Fondunun binasında Azərbaycanın kino xadimləri ilə görüşən Depardye deyib.

Aktyor bu kino layihəsinin həyata keçirilməsi üçün bir sıra Avropa ölkələri və ABŞ-dan müxtəlif aktyor və rejissorlar cəlb etməyə söz verib.

Jerar Depardye Bakıya IV Beynəlxalq Rostropoviç festivalında iştirak etmək üçün gəlib və bazar ertəsi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Karmen" tamaşasından əvvəl çıxış edib. O, Prosper Merimenin "Karmen" novellasından seçilmiş parçalar oxuyub.

Depardye Düma haqqında film çəkilişləri, modernləşdirmə üzrə dövlət kinostudiyasının layihəsində iştirak edəcək, həmçinin, Azərbaycandan olan gənc rejissorlara onun yay məktəbində iştirak üçün yol açacaq.

Xəbər lenti

Xəbər lenti