...

Yeni ilin Qarqızı Zülfiyyə Xanbabayeva olacaq

Mədəniyyət Materials 15 Dekabr 2010 18:36 (UTC +04:00)
Azərbaycanın xalq artisti Zülfiyə Xanbabayeva yanvarın 2, 3, 4 və 5-də Heydər Əliyev Sarayının səhnəsində uşaqlar üçün bütün Yeni il konsertlərinə xüsusi gözəllik qatacaq. Trend-in xəbər verdiyi kimi, müğənni sonuncu albomundan mahnılar ifa edəcək.
Yeni ilin Qarqızı Zülfiyyə Xanbabayeva olacaq

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir E.Hüseynzadə/

Azərbaycanın xalq artisti Zülfiyə Xanbabayeva yanvarın 2, 3, 4 və 5-də Heydər Əliyev Sarayının səhnəsində uşaqlar üçün bütün Yeni il konsertlərinə xüsusi gözəllik qatacaq. Trend-in xəbər verdiyi kimi, müğənni sonuncu albomundan mahnılar ifa edəcək.

Ənənəvi olaraq Bakıda ən parlaq Yeni il proqramında "Çiçəyim" uşaq teatrı, "Azəri inciləri" uşaq yaradıcılıq mərkəzi, "Dəcəl qızlar", "Səyyah", "Şənlik" yaradıcılıq kollektivləri iştirak edəcəklər.

Yeni il şənliklərində sarayın bütün texniki qüvvəsi cəlb olunacaq. Səhnədə cizgi filmlərindən parçaların nümayiş olunacağı müasir, yeni gətirilmiş Led-ekranlar quraşdırılacaq. Sarayın foyesində konsertə bayram əhval-ruhiyyəsi verən animatorlar işləyəcək. Tədbir zamanı lazer-şou da keçiriləcək.

Sarayın rəhbərliyi ənənəvi olaraq konsertə şəhid ailələri, uşaq evləri, internat-məktəblərdən olan uşaqları dəvət edəcək.

Xəbər lenti

Xəbər lenti