...

Xalq artisti Aygün Kazımovadan yaşlı fanatına jest (FOTO)

Mədəniyyət Materials 2 Fevral 2011 17:08 (UTC +04:00)
Azərbaycan şou-biznesində ilkləri gerçəkləşdirən xalq artisti, tanınmış estrada müğənnisi Aygün Kazımova təşkil olunan məclislərin birində, restoranın həyətində bütün diqqətləri özünə yönəldən bir addım atdı. Hər şey yaşlı bir kişi fanatın ona yaxınlaşmasından sonra baş verdi
Xalq artisti Aygün Kazımovadan yaşlı fanatına jest (FOTO)

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycan şou-biznesində ilkləri gerçəkləşdirən xalq artisti, tanınmış estrada müğənnisi Aygün Kazımova təşkil olunan məclislərin birində, restoranın həyətində bütün diqqətləri özünə yönəldən bir addım atdı. Hər şey yaşlı bir kişi fanatın ona yaxınlaşmasından sonra baş verdi. Maşınına tərəf gedən pop-divanın yaradıcılığına sevgisini dilə gətirən həmin şəxs öncə özünü təqdim etdi: "Adım Qorxmazdır. İllərdən bəri sizin sənətinizin vurğunuyam. Əsl sənətim başqadır, lakin indi taksi sürücüsüyəm. İşimdən narazı deyiləm. Amma sizi həyatda ilk dəfə canlı görən anda ürəyimdə qalan jurnalist arzusunu reallaşdırmaq istədim. Və qərar verdim ki, bu anların qədrini bilim, onu tarixə həkk edim. Olar ki, vermək istədiyim sualları səsləndirim?".

Nələrin baş verdiyinin tam olaraq fərqinə varmayan Aygün xanım sakitcə fanatının söylədiklərinə qulaq asdı. İş qrafikinin sıx olmasına baxmayaraq, ayaq saxlayıb Qorxmaz dayının verdiyi bəzi sualları cavablandırdı. Bir neçə dəqiqə davam edən "müsahibə" Kazımovanın avtomobilinə əyləşdiyi məqamda sona çatdı.

Trend-in əməkdaşı ilə söhbətləşən zaman pop-diva dedi ki, sən demə, bu cür hallarla tez-tez rastlaşır.

"Səhnədə olduğum ilk gündən, bu vaxta qədər daim pərəstişkar sevgisi ilə əhatə olunmuşam. Qorxmaz müəllimə gədikdə isə o, məni təəccübləndirməyi bacardı. Amma bu kimi hallarla tez-tez qarşılaşıram. Aygünü sevən publikaya bütün yaş təbəqələrindən insanların daxil olmasına sevinirəm. Məhz bu sevginin sayəsində Aygün Kazımova olmuşam. Allahdan həmişə bir duam olur: sevənlərimi mənə çox görməsin. Axı mən sizin Aygünəm", - xalq artisti dedi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti