Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Ş.Cavadsoy/
5 noyabr tarixində populyar estrada müğənnisi Murad Sadıx 21 yaşını qeyd edir. Trend-dən təbrik zəngini qəbul edən Murad ən xoş gününü necə qeyd edəcəyi barədə bunları söylədi: "21 yaşım tamam oldu. Baxmayaraq ki, ad günümdü, mən yenə də iş başında olacağam. Günorta saatlarında Bakıda yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində Qurban bayramı ilə əlaqədar məhkumlar üçün təşkil olunan konsertdə çıxış edəcəm. Axşam isə Heydər Əliyev Sarayında yenə də bayramla bağlı keçiriləcək konsertdə səhnəyə çıxacağam. Bir sözlə, 5 noyabrda gərgin iş rejimindəyəm. İnanın bu fəaliyyətdə olmaq çox sevindiricidir. Bütün əzizlərim, tanıyanlar bilirlər ki, məni yaşadan sənətimdir. Allahıma minnətdaram ki, arzularımı reallaşdırmaq üçün qismətimə müğənniliyi yazıb".
Sevimli dostumuzu xoş günü münasibətilə ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!