...

Uşaqlardan daha çox qızlar xoşuma gəldi - "Eurovision" milli seçim turunun münsiflər heyətinin üzvü Natəvan Şeyxova

Mədəniyyət Materials 11 Noyabr 2011 16:52 (UTC +04:00)
Azərbaycanın xalq artisti, estrada korifeylərindən biri və pedaqoq Natəvan Şeyxova "Eurovision 2012" mahnı müsabiqəsinin milli seçim turu üzrə ilkin dinləmələr haqqında Trend-ə danışıb.
Uşaqlardan daha çox qızlar xoşuma gəldi - "Eurovision" milli seçim turunun münsiflər heyətinin üzvü Natəvan Şeyxova

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir V.İmanov/

Azərbaycanın xalq artisti, estrada korifeylərindən biri və pedaqoq Natəvan Şeyxova "Eurovision 2012" mahnı müsabiqəsinin milli seçim turu üzrə ilkin dinləmələr haqqında Trend-ə danışıb. Milli seçim turunda iştirak etmək üçün 119 gənc ifaçı ərizə verib.

"Mən iki mərhələdə iştirak etdim və 80-ə yaxın iştirakçını dinlədim. Onların arasında ötənilki müsabiqənin iştirakçıları da var idi. Hər bir ifaçı iki mahnı - "minusovka" və "a-kapella" oxudu, biz isə onları vokal və səhnə bacarıqlarına görə qiymətləndirirdik. Hələlik "Eurovision 2012"-nin milli seçim turunda kimin iştirak edəcəyi dəqiq məlum deyil. Qeyd etmək istərdim ki, istedadlı və maraqlı ifaçılar var idi. Mənə daha çox qızlar xoş gəldi, onlar daha hazırlıqlı və artistlik bacarığına malik idilər. İlkin dinləmələrdə ölkəni "Eurovision" mahnı müsabiqəsində təmsil etmək istəyən peşəkar və populyar müğənnilər iştirak etməlidirlər. Bilmirəm, onlar nə üçün bunu etmirlər? Ümumilikdə isə "Eurovision" müsabiqəsi çox gözlənilməzdir - Eldar Qasımov və Nigar Camal peşəkar deyildilər, lakin ölkəyə qələbə gətirdilər", - Natəvan Şeyxova deyib.

Milli seçim turunun əsas mərhələsindən keçən iştirakçılar haqqında rəsmi məlumat veriləcək. Növbəti mərhələyə keçənlər əsas milli seçim turunda iştirak edəcəklər və birincilik uğrunda İctimai Televiziyanın birbaşa efirində yarışacaqlar.

Milli seçim turunun münsiflər heyətində İctimai Televiziyanın aparıcıları, "Eurovision" müsabiqəsinin şərhçiləri Leyla Əliyeva və Hüsniyyə Məhərrəmova, musiqiçi Zəhra Bədəlbəyli, müğənnilər Natəvan Şeyxova və Tünzalə Ağayeva təmsil olunurlar.

Xatırladaq ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Azərbaycanda keçiriləcək. Müsabiqənin yarımfinalı 2012-ci il mayın 22 və 24-də, final isə mayın 26-da Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti