...

28 May - Respublika Günü münasibətilə Heydər Əliyev Sarayında bayram konserti olacaq

Mədəniyyət Materials 4 May 2012 13:42 (UTC +04:00)
Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Vətənimdir Azərbaycan” adı altına keçiriləcək.
28 May - Respublika Günü münasibətilə Heydər Əliyev Sarayında bayram konserti olacaq

Azərbaycan, Bakı, 4 may /Trend/

28 May - Respublika Günü münasibətilə Heydər Əliyev Sarayında bayram konserti olacaq. Bu barədə Trend-ə Sarayın mətbuat xidmətindən məlumat verilib.

Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Vətənimdir Azərbaycan" adı altına keçiriləcək. Konsertdə ölkənin ən tanınmış sənətçiləri iştirak edəcək.

Konsertdə xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Ağadadaş Ağayev, əməkdar artistlər Aygün Hümbətova, Cavanşir Məmmədov, Firuzə İbadova, Lalə Məmmədova, Abbas Bağırov, Almaz Ələsgərova, Ənvər Sadıqov, müğənnilər Nüşabə Ələsgərli, Elnur Məmmədov, Ayaz Qasımov, Səfurə Əlizadə, Xəyyam Nisanov, Sevda Yəhyayeva, Nicat Məhərrəmov, Rəşad İlyasov, "Şeron" qrupu, Natəvan Həbibi, Zamiq Hüseynov, Elton Məmmədov, Nurlan Növrəsli, Ramal İsrafilov, Murad Sadıx, "Asiman" rəqs qrupu iştirak edəcək.

Konsert mayın 28-də saat 19:00-da başlayacaq. Artıq satışda olan biletlərin qiyməti 10-30 manatdır.

Xəbər lenti

Xəbər lenti