...

"Eurovision"un Azərbaycandakı rəsmi fan klubu və internat məktəbinin uşaqları Bakı sakinlərini təəccübləndirdi (FOTO)

Mədəniyyət Materials 10 May 2012 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

"Eurovision"un Azərbaycandakı rəsmi fan klubu Nar Mobile-ın dəstəyi ilə Bakının mərkəzi - Nizami küçəsində nəfəs alətləri uşaq orkestri ilə birgə kiçik konsert təşkil edib.

Fan klubdan cümə axşamı Trend-ə verilən məlumata görə, açıq havada bütün insanların dinləyə biləcəyi qısa konsert zamanı uşaqlar Rauf Hacıyevin "Azərbaycanım", Tofiq Quliyevin "Dostluq", həmçinin bir sıra dünyaca məşhur musiqi əsərlərini ifa ediblər. İfalarını "Eurovision" mahnı müsabiqəsinin himni ilə başlayan uşaqlar daha sonra "Macar polkası", "Çəhrayı Pantera", "Besamo Mucho", "Qələbə günü", "Katyuşa" və digər əsərləri ifa ediblər.

Konsertin dirijoru, Mərdəkanda yerləşən 2 saylı İnternat Məktəbinin musiqi rəhbəri, əməkdar müəllim Rafael Əzimov olub.

Qeyd edək ki, konsertdə ifa edən uşaqlar Mərdəkanda yerləşən 2 saylı İnternat Məktəbinin Nəfəs Alətləri Orkestrinin üzvləridirlər.

Xəbər lenti

Xəbər lenti