...

Yunanıstanın "Eurovision” təmsilçisi ad gününü Bakıda qeyd edib (FOTO)

Mədəniyyət Materials 13 May 2012 15:41 (UTC +04:00)
Yunanıstanın "Eurovision Mahnı Müsabiqəsi-2012" təmsilçisi Eleftheria Eleftheriou ad gününü Bakıda qeyd edib.
Yunanıstanın "Eurovision” təmsilçisi ad gününü Bakıda qeyd edib (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.Mehdiyev, V.İmanov/

Yunanıstanın "Eurovision Mahnı Müsabiqəsi-2012" təmsilçisi Eleftheria Eleftheriou ad gününü Bakıda qeyd edib.

"Ad günümü Bakıda qeyd etməyim mənim üçün ən gözəl hədiyyə idi. Hava limanında düşərkən Azərbaycan xalqının çox qonaqpərvər olduğunu gördüm", - Trend-in məlumatına görə, bunu "Bakı Kristal Zalı"da repetisiyadan sonra keçirdiyi mətbuat konfransında Eleftheriou deyib.

Yunanıstanın bu ilki performansının əvvəlki illərdən fərqli olduğunu deyən Eleftheriou ölkəsini layiqincə təmsil edəcəyini qeyd edib .

Qeyd edək ki, bu gün "Eurovision Mahnı Müsabiqəsi-2012" iştirakçılarının repetisiyalarına start verilib.

İlk məşqi müsabiqədə ifa edəcəyi "Euro Neuro" mahnısı ilə Çernoqoriyanın təmsilçisi Rambo Amadeus keçirib.

Gün boyu davam edəcək məşqlərdə İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika və Finlandiya təmsilçiləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti