...

Gəncə Filarmoniyasının rəqs ansamblının üzvləri İordaniyada konsert verib

Mədəniyyət Materials 8 İyul 2012 13:08 (UTC +04:00)
Azərbaycanın İordaniyadakı səfirliyindən bazar günü Trend-ə verilən məlumata görə, 4-7 iyul tarixlərində F.Əmirov adına Gəncə Filarmoniyasının "Göy-Göl" Dövlət Mahnı və Rəqs ansamblının üzvləri İordaniya Haşimilər Krallığında təşkil edilmiş 27-ci "Cəraş Mədəniyyət və İncəsənət Festivalı"nda iştirak ediblər.
Gəncə Filarmoniyasının rəqs ansamblının üzvləri İordaniyada konsert verib

Azərbaycan, Bakı, 8 iyul /Trend /

Azərbaycanın İordaniyadakı səfirliyindən bazar günü Trend-ə verilən məlumata görə, 4-7 iyul tarixlərində F.Əmirov adına Gəncə Filarmoniyasının "Göy-Göl" Dövlət Mahnı və Rəqs ansamblının üzvləri İordaniya Haşimilər Krallığında təşkil edilmiş 27-ci "Cəraş Mədəniyyət və İncəsənət Festivalı"nda iştirak ediblər.

1981-ci ildən bəri mütəmadi olaraq təşkil edilən Festivalda ölkəmizin nümayəndələri ilə birlikdə Misir, İraq, ABŞ, Suriya və digər ölkələrin təmsilçiləri özlərinin milli mədəniyyət və incəsənət nümunələrini təqdim etmişdir.

"Göy-Göl" Dövlət Mahnı və Rəqs ansamblının üzvləri İordaniyanın qədim şəhərləri Cəraş və Madabada çıxış edərək ölkəmizin zəngin musiqi irsinin nümunələrini ifa etmiş və Festival iştirakçılarının xüsusi rəğbətini qazanmışlar."

Xəbər lenti

Xəbər lenti