Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın xalq artisti Yaşar Nuri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibliyi tərəfindən təsis edilmiş Milli Kino Mükafatı ilə təltif edilib.
İttifaqdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bununla bağlı qərar ARKİ-nin bu gün keçirilən IV iclasında qəbul olunub. Xalq artistinə bu mükafat 2 avqust Kino Günündə təqdim ediləcək.
İclasda, həmçinin 2 avqust kino işçilərinin peşə bayramı - Kino Günü ilə bağlı hazırlıq işləri müzakirə edilib. Bundan başqa iclasda fəxri adlara təqdimat, İttifaqın əsasnaməsi, strukturu və üzvlüyə qəbul məsələləri müzakirə olunub.