...

Azərbaycanlı rəssam Litvada keçirilən sərgidə iştirak edir

Mədəniyyət Materials 2 Avqust 2012 13:01 (UTC +04:00)
Azərbaycanlı rəssam Litvada keçirilən sərgidə iştirak edir.
Azərbaycanlı rəssam Litvada keçirilən sərgidə iştirak edir

Azərbaycan, Bakı, 2 avqust / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanlı rəssam Litvada keçirilən sərgidə iştirak edir.

Trend-in məlumatına görə, bu gün başlayan sərgi "Crossings" layihəsi çərçivəsində Litvanın Klaypeda əyalətinin Rəssamlar İttifaqının, şəhər Bələdiyyəsi və "Baroti" qalereyasının dəstəyi ilə dəniz bayramı günü, Klaypeda şəhərinin 760-cı ildönümünə, həmçinin "Baroti" qalereyasının 20 illiyinə həsr olunub.

Layihənin əsas məqsədi mədəni əməkdaşlığı dəstəkləmək və şərq tərəfdaşları ilə təcrübə mübadiləsi aparmaqdır.

Layihədə 6 ölkənin (Qazaxıstan, Tacikistan, Litva, Azərbaycan, Gürcüstan və Ukrayna) nümayəndələri iştirak edirlər. Bu sərgidə Azərbaycanı Rəssamlar İttifaqının nümayəndəsi, Prezident təqaüdçüsü Dadaş Məmmədov təmsil edir.

Layihənin tərəfdaşları Klaypeda şəhərinin mədəni əlaqələr mərkəzi və "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatıdır.

Sərginin rəsmi açılış mərasimi bu gün olacaq. Tədbirdə şəhər administrasiyasının rəsmiləri və iştirakçı ölkələrin səfirliklərinin nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti