Azərbaycan, Bakı, 19 oktyabr /Trend/
Bu gün Kanadanın Ottava şəhərində Azərbaycan kino gecəsi keçirilib.
Azərbaycanın Kanadadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən səfir Fərid Şəfiyev ölkəmizin kino tarixi ilə bağlı məlumat verib və hazırda ölkəmizdə hökumət tərəfindən kinematoqrafiya sahəsinə qayğı göstərildiyini xüsusilə qeyd edib.
Çıxışdan sonra 2010-cu ildə ekranlaşdırılmış və Samir Kərimoğlunun rejissoru olduğu "Niyyət" filmi nümayiş olunub.
Tədbirdə Ottavada akkreditə edilmiş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, o cümlədən, bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri iştirak ediblər.