...

"TRT" 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı proqramlar yayımlayacaq

Mədəniyyət Materials 28 Mart 2013 13:45 (UTC +04:00)
Türkiyə TRT kanalı vasitəsi ilə Azərbaycanın ağrı- acısına şərik olacaq.
"TRT" 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı proqramlar yayımlayacaq

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İzzət/

Türkiyə "TRT" kanalı vasitəsi ilə Azərbaycanın ağrı-acısına şərik olacaq.

"TRT" Bakı Təmsilciliyindən Trend-ə verilən məlumata görə, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü "TRT"nin dörd kanalında yayımlanacaq xəbər və proqramlar vasitəsilə dünyaya çatdırılacaq.

"TRT" Bakı Təmsilciliyi tərəfindən "Tarixin Qara Səhifəsi" və "Qafqazlardan Əsən Yellər" adlı iki proqram hazırlanıb. "Tarixin Qara Səhifəsi'' adlı proqram Azərbaycan İqtisad Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü keçiriləcək tədbirdə qonaqlara təqdim ediləcək.

Bu proqramlar "TRT Haber", "TRT Türk", "TRT Avaz" və "TRT Anadolu" kanallarında yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti