...

Azərbaycan Bəstəkarlar İttifaqının sədri amerikan-alman layihəsində iştirak edir

Mədəniyyət Materials 24 Oktyabr 2013 17:04 (UTC +04:00)
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə amerikan-alman layihəsində iştirak edir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri amerikan-alman layihəsində iştirak edir

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə amerikan-alman layihəsində iştirak edir.

İttifaqdan Trend-ə verilən məlumata görə, Almaniyanın təklifi və təşkilatçılığı ilə müasir musiqinin görkəmli nümayəndələrindən olan məşhur amerikan bəstəkar Con Keycin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq 2012-ci il "Keyc ili" elan edilib. Bu layihədə hər ölkədən 50 bəstəkar olmaqla Almaniyanın və ABŞ-ın 100-dək tanınmış bəstəkarı yaxından iştirak edib.

"Mega-music" adlanan layihə çərçivəsində Con Keycə həsr edilən əsər hazırlanıb və hər bəstəkar öz üslubunu saxlamaqla özündən əvvəlki bəstəkarın not sətirlərini davam etdirib.

F.Əlizadə də almaniyalı bəstəkarların siyahısına daxil edilib. Layihə təşkilatçılarının bu seçimi heç də təsadüfi deyil. Çünki keçmiş SSRİ-də Con Keycin "Sonatalar və interlüdiyalar" əsəri ilk dəfə məhz onun ifasında səsləndirilib.

Müasir musiqinin ən yeni texnologiyalarının əks olduğunu "Mega-music" layihəsinin premyerası Nyu-Yorkda "Miller-Theatr"ın Böyük zalında baş tutub.

Premyeradan əvvəl isə Almaniyanın Leypsiq şəhərində layihədə iştirak edən bəstəkarların əlyazma not yazılarının sərgisi təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti