...

"İmamzadə" Dini-Memarlıq Kompleksində Mərasim zalı tikilir

Mədəniyyət Materials 6 Fevral 2014 16:20 (UTC +04:00)
Gəncədəki “İmamzadə” Dini-Memarlıq Kompleksində aparılan təmir-bərpa və tikinti işləri sürətlə davam edir.
"İmamzadə" Dini-Memarlıq Kompleksində Mərasim zalı tikilir

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Gəncədəki "İmamzadə" Dini-Memarlıq Kompleksində aparılan təmir-bərpa və tikinti işləri sürətlə davam edir.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, kompleksdə ziyarətgah, qonaq evi və digər tikililərdə üzlənmə işləri aparılır. Kompleksin Şahzadə İbrahimin qəbri yerləşən hissəsi qapalı şəraitdə qorunaraq, ətrafında 28 metr hündürlüyə, 32 metrlik iki minarəyə malik ziyarətgah hissəsi də tikilib.

Kompleksin ərazisində isə yeni Mərasim zalı, eyni zamanda, ehsanxana inşa edilib.

Zalın tikintisi artıq 10 gündür ki, davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti