...

"Mən evə qayıdıram" bədii filminin təqdimatı olacaq

Mədəniyyət Materials 25 Fevral 2014 11:42 (UTC +04:00)
26 fevral 2014-cü il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində “Mən evə qayıdıram” bədii filminin təqdimatı olacaq.
"Mən evə qayıdıram" bədii filminin təqdimatı olacaq

Azərbaycan, Bakı, 25 fevral /Trend/

26 fevral 2014-cü il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində "Mən evə qayıdıram" bədii filminin təqdimatı olacaq.

Trend-in məlumatına görə, "Salnamə" studiyasında dövlət sifarişi ilə çəkilmiş filmin quruluşçu rejissoru Samir Kərimoğlu, ssenari müəllifi İsmayıl Səfərəli, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Vüqar Camalzadə, icraçı prodüseri Nazim Hüseynovdur.

Filmdə Yaşar Nuri, Fuad Poladov, Emil Bədəlov, Elçin Mehdi, Yaqub Zeynalov, Murad Abdullayev, Vladimir Yakovlev, Elşən Hacıbabayev, Kamran Ağabalayev, Sevzixan Serderov, Yaroslav Trifonov, Oleq Əmirbəyov, Azər Aydəmir, Emil Axundov və Yelena Malışeva kimi aktyorlar rol alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti