Azərbaycan, Bakı, 28 avqust /Trend Life, müxbir Vüqar İmanov/
"Yarat!" Müasir İncəsənət Məkanı xoreoqraf və Nyu-York rəqqaslar birliyinin müəllimi Valeri Qrin ilə görüşə dəvət edir. Onun əsrarəngiz müasir xoreoqrafiya texnikası üzərində qurulmuş rəqsləri uzun müddət yaddaşlarda qalacaqdır.
Görüş bu gün, avqustun 28-də Bakıda Beynəlxalq Muqam Mərkəzində (Neftçilər prospekti, 9) baş tutacaq. Tədbir saat 19.00-da başlayacaq.
Giriş ödənişsizdir.