...

"YARAT" Müasir İncəsənət Təşkilatı "Behance" ilə birgə Bakıda yaradıcı insanların Portfoliolarına Baxış Günü keçirib (FOTO)

Mədəniyyət Materials 11 Noyabr 2014 13:56 (UTC +04:00)
8 noyabr 2014-cü il tarixində Bakıda "YARAT" Müasir İncəsənət Təşkilatı yaradıcı işlərin onlayn nümayiş etdirilməsi və axtarışı üzrə qabaqcıl internet platforması "Behance" ilə birgə yaradıcı şəxslərin Portfoliolarına Baxış Günü keçirib.
"YARAT" Müasir İncəsənət Təşkilatı "Behance" ilə birgə Bakıda yaradıcı insanların Portfoliolarına Baxış Günü keçirib (FOTO)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

8 noyabr 2014-cü il tarixində Bakıda "YARAT" Müasir İncəsənət Təşkilatı yaradıcı işlərin onlayn nümayiş etdirilməsi və axtarışı üzrə qabaqcıl internet platforması "Behance" ilə birgə yaradıcı şəxslərin Portfoliolarına Baxış Günü keçirib. Bu barədə Trend xəbər verir.

Behance - internet saytları və onlayn xidmətlər şəbəkəsidir, yaradıcı şəxslərin özlərini tanıtdırmaq ehtiyacları sahəsində ixtisaslaşır, o cümlədən məsləhətçi köməyi və onlayn portfolio saytlarını idarə edir.

Behance yaradıcı şəxslərə fəaliyyətləri barədə internet məlumatlarını vahid məkanda yeniləməyə, bununla da dünya miqyasında daha səmərəli yaymağa imkan verir.

Behance əsərlərin müxtəlif onlayn qalereyalarda təqdim edilməsinə, əsərin internetdə daha çox baxılmasına kömək göstərməklə, milyonlarla ziyarətçinin diqqətini incəsənətə cəlb etməklə yaradıcı istedadlar qarşısında açılan imkanları genişləndirir.

Behance-da qeydiyyatdan keçən istifadəçilər yeni əsəri necə yaratdıqlarını əvvəldən axıra kimi bu platformada nümayiş etdirə bilirlər; onlayn etimad xalları toplayır, karyera imkanlarını öyrənir, həmkarları ilə və rəhbər-təşkilatçılarla əlaqə qururlar.

Behance ildə iki dəfə Portfoliolara Baxış Həftəsi (PRW - Portfolio Review Week) keçirir. Yaradıcılıqla məşğul olan adamların bir yerə toplaşması üçün könüllülər tərəfindən hazırlanan bu tədbirlər silsiləsi artıq dünyanın yüzlərcə şəhərində təşkil olunur.

2012-ci ildə təşkil olunan birinci Portfoliolara Baxış Həftəsindən sonra, dünyanın səksən ölkəsində 1000-dən artıq belə tədbir keçirilmişdi, özü də hamısı yerli icma rəhbərləri tərəfindən təşkil olunmuşdu.

YARAT Müasir İncəsənət Təşkilatı təsis olunduğu vaxtdan etibarən belə təşəbbüsləri dəstəkləyib və Portfoliolarına Baxış Günü keçirmək məqsədilə bu il Behance ilə tərəfdaşlıq münasibətləri qurub. Tədbir zamanı Azərbaycandan Liza Həsənova, Ramil Əliyev, Cavid Quliyev, Məcid Əliyev, Samir Salahov, Sübhan Manafzadə, Urfan Məmmədov, Kənan Nəsibov, Aygün Həsənova, Emin Əzizbəyli və Çingiz İsmayılov yaradıcı portfolioları təqdim ediblər.

Xose Vinsent (memar), Mirazər Abdullayev ("AA&M advertising"-ın Yaradıcı Direktoru), İlqar Tahiri (dizayner) və Ceyhun İmanovdan ('Jeykhun Imanov Studio' reklam agentliyinin təsisçisi) ibarət münsiflər heyəti portfoliolara baxışın qaliblərini müəyyənləşdirərək təltif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti