Azərbaycan, Bakı, 10 fevral /Trend/
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin əsərinin də daxil olduğu məşhur Amerika skripkaçısı Hillari Hanın "Deutsche Grammofon" albomu "Grammy" mükafatına layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, albom "İlin ən yaxşı kamera musiqisi" nominasiyasının qalibi seçilib.
Qeyd edək ki, musiqi dünyasının ən nüfuzlu mükafatı olan "Grammy" laureatlarının 57-ci təqdimetmə mərasimi ABŞ-ın Los-Anceles şəhərində Staples Center idman kompleksində keçirilib.
Azərbaycan bəstəkarlıq məktəbi tarixində ilk dəfədir ki, bəstəkarımız belə bir məşhur mükafatın qalibi olub.