...

"Xəcalət"

Mədəniyyət Materials 13 Fevral 2015 20:29 (UTC +04:00)
Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında H.Mirələmovun “Xəcalət” tamaşası nümayiş etdiriləcək.
"Xəcalət"

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında H.Mirələmovun "Xəcalət" tamaşası nümayiş etdiriləcək.

25-26 fevral tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında H.Mirələmovun "Xəcalət" tamaşası nümayiş etdiriləcək. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

İstedadlı yazıçı, publisist və dramaturq olan Hüseynbala Mirələmovun "Хəcalət" pyesi müharibənin yaratdığı faciələri bir ailənin timsalında verib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirib. Tamaşa boyu bir dəfə belə güllə səsi eşidilməsə də, dramaturq müharibənin yaratdığı faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi xəsis, ancaq təsirli boyalarla təsvir edə bilib.

"Xəcalət" pyesi dünyada hökm sürən müharibə kabusuna, zorakılığa qarşı yönəlib, insanları ən çətin anlarda belə ləyaqətli, mətin, mübariz olmağa səsləyən bir əsərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti