...

"Nar bağı" filminin çəkilişlərinə start verilib

Mədəniyyət Materials 6 Oktyabr 2016 12:11 (UTC +04:00)
"Nar bağı" filminin çəkilişlərinə start verilib

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filminin çəkilişlərinə start verilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Dram janrında lentə alınan filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf və Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Akif Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhadov, Həsən Ağayev və digərləri canlandırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti