...

"Həmrəylik günü" bədii filminin çəkilişləri başlayıb (FOTO)

Mədəniyyət Materials 1 Noyabr 2016 13:57 (UTC +04:00)
Narimanfilm kinostudiyası "Həmrəylik günü" adlı tammetrajlı bədii filmin çəkilişlərinə start verib.
"Həmrəylik günü" bədii filminin çəkilişləri başlayıb (FOTO)

Bakı. Trend:

Narimanfilm kinostudiyası "Həmrəylik günü" adlı tammetrajlı bədii filmin çəkilişlərinə start verib.

Trend-in məlumatına görə, film komediya janrındadır və “Yeni il” mövzusunda bu janrda çəkiləcək ilk milli filmdir.

Film yeni il axşamı Bakıdan kənarda dörd avtomobilin toqquşmasından və həmin avtomobillərin sürücülərinin və sərnişinlərinin bir-birilərini günahlandırmasından bəhs edir. Bu qızğın mübahisə əsnasında yeni ilə artıq sayılı dəqiqələr qalması qəhrəmanların tamamilə yadından çıxmaq üzrədir və onlar yeni ili necə keçirmələri barədə təcili qərar verməlidirlər...

Filmdə tanınmış aktyorlar: Azər Aydəmir, Zəhra-Rüstəm Osmanova, Rauf Şahsuvarov, Zemfira Əbdülsəmədova, Ədalət Əbdülsəmədov, Beyrək Rüstəmzadə, Tural Əhməd, Midhət Aydın, Ramin Şıxəliyev və Nofəl Şahlaroğlu rol alacaqlar.

Film son zamanlar Azərbaycanda kinosevərlər arasında səs-küyə səbəb olmuş “PƏRDƏ” filminin yaradıcıları tərəfindən ərsəyə gələcək. Filmin Baş Prodüsseri Nəriman Məmmədov, quruluşçu rejissoru və ideya müəllifi Emil Quliyevdir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti