...

Qəbələ: Beynəlxalq Musiqi Festivalında Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib

Mədəniyyət Materials 31 İyul 2017 22:09 (UTC +04:00)
İyulun 31-də IX Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanın tanınmış musiqiçilərinin iştirakı ilə növbəti kamera konserti olub
Qəbələ: Beynəlxalq Musiqi Festivalında Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib

Bakı. Trend:

İyulun 31-də IX Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanın tanınmış musiqiçilərinin iştirakı ilə növbəti kamera konserti olub.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, “Gilan Holdinq”in dəstəyi ilə keçirilən festivalın üçüncü günü Bakı Musiqi Akademiyasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəqan Həsənli, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrin üzvü, Prezident təqaüdçüsü Məmməd Rəcəbli (klarnet), “Sarı gəlin tələbə mahnı festivalı”nın Qran-Pri mükafatçısı Aydan Quliyeva (soprano), beynəlxalq müsabiqələrin laureatı, Heydər Əliyev Fondunun xüsusi mükafatına layiq görülən Taleh Yəhyayev (bariton) və “D ACCORDO” barokko musiqi ansamblının bədii rəhbəri İlahə Sadıqzadənin (piano) çıxışı alqışlarla qarşılanıb.

Konsertdə M.Ravelin “Gecə kəpənəkləri”, “Qəmgin quşlar”, S.Prokofyevin “Aldanma”, A.Məlikovun “Məhəbbət əfsanəsi”ndən Noktürn, J.Offenbaxın “Qofmanın nağılları” operasından “Gəlincikin ariyası”, S.Raxmaninovun “Yuxu”, F.Əmirovun “Azərbaycan elləri”, Ü.Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın ariyası, A.Rubinşteynin “Neron” operasından “Epitalama”, E.İbrahimovanın “Ey Vətən”, A.Yusifovanın “İthaf” əsərləri səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti