...

“Baku Chamber Orchestra”nın ifası Qəbələdə alqışlarla qarşılanıb

Mədəniyyət Materials 31 İyul 2017 22:52 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir
“Baku Chamber Orchestra”nın ifası Qəbələdə alqışlarla qarşılanıb

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.

İyulun 31-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Kamera Orkestrinin konserti olub. Orkestri Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü, dirijor Fuad İbrahimov müşayiət edib. Konsertdə P.Sarasatenin “Navarra”, A.Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, F.Əmirovun “Nizami”, F.Bədəlbəylinin “Dəniz” simfoniyası, L.Andersonun “Plink Plank Plunk”, Niyazinin “Qaytağı” əsərləri səsləndirilib.

“Baku Chamber Orchestra”nın çıxışı yerli və xarici tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonra isə konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xanəndə Arzu Əliyevanın çıxışı olub. Onu Əməkdar Artist Etibar Qasımbəyli (qarmon), gənc musiqiçi Nicat Məsimov (balaban) müşayiət edib. Musiqi gecəsində Azərbaycanın xalq mahnıları “Gəl bizə”, “Sarı gəlin”, “Qaragilə” ifa olunub. Sonda Azərbaycanın xalq rəqsi “Uzundərə” təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti