...

Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub

Mədəniyyət Materials 2 Avqust 2017 22:10 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir
Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir. Festivalın proqramı çox zəngindir və hər gün iki konsert olmaqla, fərqli musiqi əsərləri səsləndirilir.

Avqustun 2-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında qurulmuş açıq səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub.

Möhtəşəm musiqi axşamında orkestri Xalq Artisti dirijor Rauf Abdullayev və Əməkdar Artist dirijor Fuad İbrahimov idarə ediblər. Konsertdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə (piano), Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova (piano), Sloveniyanın Lyublyana Musiqi Akademiyasının professoru Moyka Zlobko Vayql (arfa), İtaliyanın Emilya Romanya festivalının bədii rəhbəri Massimo Merçelli (fleyta) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər.

Konsert tamaşaçıların böyük marağına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti