...

Qubada “Alma bayramı” və “Xalça festivalı” (FOTO)

Mədəniyyət Materials 7 Oktyabr 2017 11:26 (UTC +04:00)
Bu gün Qubada “V Alma bayramı” və “I Xalça festivalı”nın açılışı olub.
Qubada “Alma bayramı” və “Xalça festivalı” (FOTO)

Bakı. Trend:

Bu gün Qubada “V Alma bayramı” və “I Xalça festivalı”nın açılışı olub.

Trend-in məlumatına görə, 2012-ci ildən keçirilən “Alma bayramı”nın bu il 5-ci yubiley tədbiri keçirilir. Tədbir çərçivəsində rayonda ekoloji cəhətdən sağlam yetişdirilən müxtəlif alma sortlarının, digər meyvə-tərəvəz məhsullarının nümayişi ilə yanaşı, Quba rayonunun tarixinin və mədəniyyətinin təbliği, burada yaşayan azsaylı xalqaların mədəniyyətlərinin geniş təbliğ olunması nəzərdə tutulub.

“V Alma bayramı” ilə paralel olaraq keçirilən “I Xalça festivalı”nda isə rayonda xalçaçılığın tarixi və inkişaf mərhələsi ilə bağlı guşələrin və Qubaya məxsus xalçaların sərgisi və satışı da həyata keçiriləcək.

FOTO - Rübabə Musayeva

Məqalədə:
Xəbər lenti

Xəbər lenti