Bakı. Trend:
Azərbaycan Televiziyası “Mədəniyyət” Kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə əməkdar artist, qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək.
Trend-in məlumatına görə, konsert noyabr ayının 7-də saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Gecədə xalq artisti Tofiq Bakıxanov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Asəf Zeynallı adına musiqi kollecinin direktoru Nazim Kazımov, əməkdar İncəsənət xadimi, bəstəkar Aydın Əzimov və Kənan Əsədov çıxış edəcəklər.
Konsertdə həmçinin xalq artistləri Aftandil İsrafilov, Ənvər Sadıqov, Gülyaz Məmmədova, əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Eytiram Hüseynov. Qarmon ifaçıları Aydın Əliyev, Baxşəli Əliyev, Teyyub Teyyuböğlu və klarnet ifaçısı Qulammirzə Mirzəyev musiqi nömrələri ilə çıxış edəcəklər.